ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda davam edən saxtakarlıq işi çərçivəsində 2024-cü ildə keçiriləcək prezident seçkilərində hökumət rəsmiləri və mümkün rəqibləri ilə bağlı tənqidlərinə ara verib və bu dəfə erməni maniken Kim Kardaşyanı hədəf alıb.
Hafta.az-ın “The Independent” ə istinadən yazdığına görə, Tramp “Truth Social” sosial media platformasındakı paylaşımında ABŞ jurnalının Kim Kardaşyanı “dünyanın ən şişirdilmiş məşhuru” adlandırıb.
Trampın açıqlamasından əvvəl jurnalist və yazıçı Conatan Karl “Qalib gəlməkdən yoruldum: Donald Tramp və Böyük Köhnə Partiyanın sonu” adlı yeni kitabında Kardaşyanın o vaxtkı prezident Trampı bəzi həbs cəzalarını yüngülləşdirməyə təşviq etmək üçün şöhrətindən necə istifadə etdiyi haqqında yazmışdı.
ABC News-un rəhbəri Karl kitabında Trampın prezidentliyi dövründə Kardaşyanın cinayət ədaləti islahatını müdafiə etmək üçün dəfələrlə Ağ Evə getdiyini bildirib. Karl Trampın hətta Kardaşyandan dost olduğu futbol ulduzlarını Ağ Evə gətirməsini istədiyini də iddia edib.
Tramp öz paylaşımında yazıb: “Bu hekayə saxta xəbərdir. Çünki o, futbolçu gətirmək üçün yardım istəyəcəyim sonuncu şəxs olardı. Mən Ağ Evdə hər idman və liqadan bir çox komandaya ev sahibliyi etdim".
Qeyd edək ki, Kardaşyanın keçmiş əri Kanye Uestin Trampla yaxşı münasibəti var.