Ukraynada mövcud vəziyyət fonunda daha çox şirkətin milliləşdirilməli olacağı istisna edilməyib. Bu barədə Financial Times xəbər verir.
Ukraynanın energetika naziri Herman Qaluşenkonun sözlərinə görə, Ukrayna hakimiyyəti özəl müəssisələrin və onların idarəçiliyinin ölkənin hərbi və iqtisadiyyatının dəstəklənməsinə tam diqqət yetirməsini təmin edir.
“Biz sağ qalmalıyıq. . . Bu, hamı üçün ümumi vəzifədir”, – siyasətçi biznesin milliləşdirilməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən vurğulayıb.
Qaluşenkonun sözlərinə görə, əgər ölkə hakimiyyəti kiminsə “ayrıca oyunlar oynamağa çalışdığını və Ukraynaya kömək etməyə çalışmadığını” görsə, o zaman biznesin forması və mülkiyyəti, o cümlədən dövlət nəzarətinə keçməsi ilə bağlı ayrıca qərarlar veriləcək.