Kiyev ərazilərin Rusiyaya verilməsi təkliflərinə CAVAB VERDİ

18:14 25.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Sky News telekanalına müsahibəsində Ukraynanın Rusiyaya ərazi güzəştləri ilə bağlı təkliflərə münasibət bildirib.

Onun sözlərinə görə, biz öz ölkəmiz uğrunda döyüşürük və bütün məsələlər Konstitusiya yolu ilə həll olunmalıdır.

"Xatırladıram. Vaxtilə bir fransız fiquru Gürcüstanla bağlı Rusiya ilə danışıqlar aparmağa cəhd etdi, Gürcüstan ərazilərinin bir hissəsini itirdi. Fransa və Almaniyadan gələn fiqurlar bizi məcbur etdikdən sonra Minsk razılaşmalarını imzalayanda biz Donetsk və Luqansk vilayətlərinin bir hissəsini itirdik”, - o bildirib.

Danilov vurğulayıb ki, ukraynalılar öz torpaqları uğrunda mübarizə aparır və onunla bağlı bütün məsələlər Ukrayna qanunları və Konstitusiyası ilə həll edilməlidir.

"Avropa liderləri torpaqlarını Putinə versinlər. Mən görmək istəyirəm ki, onların icması, seçiciləri, uşaqları necə reaksiya verəcək", - Danilov deyib.