Klublararası dünya çempionatı iki ildən bir keçiriləcək?

10:24 16.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Real Madrid" klublararası dünya çempionatının hər iki ildən bir keçirilməsini təklif edib.

Hafta.az xəbər verir ki, "kral klubu"nun rəhbərliyi FIFA ilə apardığı danışıqlar zamanı bu ideyanı gündəmə gətirib. Klub bildirib ki, ötən turnirdə satılan bütün biletlərin 25 faizi məhz "Real Madrid" azarkeşləri tərəfindən alınıb. Bu da turnirin iqtisadi potensialının artırılması baxımından önəmli amil kimi dəyərləndirilir.

FIFA isə hələlik çempionatın tez-tez keçirilməsi ideyasını gündəmə gətirməyi planlaşdırmır. /"The Guardian"/