“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Hafta.az xəbər verir ki, bu gün Xocavənd kəndi 32 ailə olmaqla 135 nəfərə qucaq açıb. Yeni köçən ailələr yurda qovuşmağın sevincini yaşayıb.
Qeyd edək ki, kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
12:58
Xocavənd rayonunun eyin adlı kəndinə növbəti köç karvanı yola salınıb.
Hafta.az xəbər verir ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailənin (135 nəfər) qayıdışl təmin edilib.
Qeyd edək ki, bununla da Xocavənd kəndinə köçürülən ailələrin sayı 66-ya (277 nəfər) çatıb.