“Komissiyaya “Veteran kitabçasının” təqdimi səlahiyyəti verilməyib"  -Anar Eyvazov

12:32 17.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə baxılması üçün  yaradılmış komissiyaya “veteran adı” və ya  “veteran kitabçasının” təqdim edilməsi səlahiyyəti verilməyib.

 

Hafta.az-ın məlumatına görə, bunu  Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

 

O, qeyd edib ki,  vətəndaşlarımızdan xahiş olunur ki, bu məsələ ilə bağlı komissiyaya müraciət etməsinlər.