Komitə sədrindən sosial evlərlə bağlı təklif - EVSİZLƏRİN DİQQƏTİNƏ

19:10 29.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ipoteka şərtlərini yumşaltmaq olar ki, insanların sosial vəziyyətinə uyğun olaraq ipoteka faizləri aşağı salınsın. Digər tərəfdən, hesab edirəm ki, sosial evlər layihəsini stimullaşdırmaqdan ötrü hökümət tərəfindən müəyyən addımlar atılmalıdır.

Bu fikirləri hafta.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib:

"Xüsusilə sahibkarlar bu məsələdə maraqlandırılmalıdır ki, onlar bu cür evlər tikməkdə həvəsli olsunlar. Əgər bizim müvafiq qurumlar sahibkara torpağı pulsuz verərlərsə, bütün sənədləşmə işini dövlət orqanları özləri həyata keçirərlərsə və sahibkara təkcə tikinti işini aparmaq qalarsa, bu da özü sosial bir layihədir. Hər bir sosial layihədə gərək dövlət güzəştə getsin və ordan pul qazanmaq barədə düşünməsin. Eyni zamanda, sahibkar da başa düşsün ki, onun da sosial məsuliyyəti var. Tutaq ki, başqa bir layihədən 20 faiz pul qazanırsa, burdan 5 faiz pul qazananda düşünürəm ki, cəmiyyət üçün daha faydalı iş görmüş olacaq. Bu da onun digər mənəvi qazancı olacaq".