Konfrans iştirakçılarının Qarabağa səfəri başlayıb

11:40 02.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

Hafta.az-ın məlumatına görə, Füzuli rayonuna gələn nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.

Nümayəndə heyəti Füzulidən sonra Şuşaya yola düşüb.

Oxunma sayı 154
Siyasət rubrikasından digər xəbərlər