Koreya səfirliyindən ərizəçilərə müraciət

10:10 05.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Keyanın Azərbaycandakı Səfirliyi ərizəçiləri bu ölkənin universitetlərində təhsil almaq üçün qəbul sənədlorəri ilə diqqətli olmağa çağırır.
 
Hafta.az-ın yazdığına görə, beləki, son zamanlar Azərbaycanda böyük məbləğdə pul qarşılığında Koreya universitetlərinə saxta qəbul məktubları və saxta yapışqanlı Koreya vizalarının (1 iyul 2020-ci ildən etibarən bu qaydada vizaların rəsmiləşdirilməsi dayandırılıb) verilməsi kimi xoşagəlməz hallar müşahidə olunur.
 
"Koreyanın Azərbaycandakı Səfirliyinə viza müraciətinin təqdim edilməsi prosesi heç bir qurumun müdaxiləsi olmadan ərizəçi tərəfindən şəxsən həyata keçirilir. Viza müraciət prosesisini uğurla keçmiş ərizəçilərə "Viza Qrant Bildirişi" verilir", - müraciətdə bildirilir.
Ərizənin etibarlılığını və statusunu yoxlamaq üçün ərizəçi Visa Portalındakı "Ərizə Statusunu yoxla" menyusuna daxil ola bilər (www.visa.go.kr).
Səfirlik bir daha ərizəçiləri sənədlərin təqdim edilməsi prosesində diqqətli olmaları üçün xəbərdarlıq edir və əlavə suallar yarandığı təqdirdə e -poçt vasitəsilə səfirliklə əlaqə saxlamağını tövsiyyə edir ([email protected]).
Oxunma sayı 1060
Siyasət rubrikasından digər xəbərlər