Koronavirus xəstələrinin plazma üsulu ilə müalicəsinə nə zaman başlanılacaq? -TƏBİB-dən cavab

13:05 20.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqi zamanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirdi ki, Azərbaycanda bütün müalicə protokollarından istifadə etmək üçün imkan var:

"Koronavirusdan sağalmış şəxslərdən plazma ayrılaraq xəstə insanlara tətbiq edilməsinə gələn həftədən başlanılacaq: “Sağalan insanın plazmasında “COVİD-19″a qarşı anticisimlər olur. Həmin şəxslərin yan xəstəlikləri yoxdursa, onların plazmasını ağır xəstələrə, süni tənəffüs aparatına qoşulanlara köçürmək olar".

Hazırda bu proseslə bağlı son məlumatlarla əlaqədar TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxladıq.

O, hafta.az-a açıqlamasında bildirdi ki, bununla bağlı Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda işlər aparılır: "Biz onlardan cavab gözləyirik. Onlar prosesi apardıqdan sonra bizə məlumat göndəriləcək. TƏBİB bundan sonra mətbuata məlumat verəcək. Yəqin ki, çox yaxında biz ətraflı məluat verə biləcəyik".