Koronavirusa yoluxma artacaq - XƏBƏRDARLIQ

17:29 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"COVID-19-un "Omicron" ştamı qlobal miqyasda dominant versiya olaraq qalır. Bundan başqa, əməkdaşlarımız 300-dən çox alt variantı müşahidə edirlər”.

 

Hafta.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

 

Baş direktor insanları vaksinasiyaya çağırıb:

 

“Pandemiya hələ bitməyib. Qarşıdan gələn müddətdə dünyada koronavirus infeksiyasına yoluxma hallarının artacağı gözlənilir. Buna baxmayaraq, peyvənd və digər lazımi vasitələrimiz var”.