Koronavirusdan qorunmaq üçün Ayurveda qaydaları

17:58 04.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan höküməti Ayuş Nazirliyi tərəfindən hazırlanmış koronavirus (COVID 19) böhranı zamanı Ayurvedanın immuniteti gücləndirən özünəqulluq tədbirləri haqqında məlumatı yayıb.

Hafta.az-ın məlumatına görə, Ayurveda həyat haqqında elm olub, sağlam və xoşbəxt həyat yaşamaq üçün təbiətin insanlara verdiyi nemətləri təbliğ edir.

Qeyd edək ki, COVİD 19 pandemiyası yayılandan sonra bütün bəşəriyyət əziyyət çəkir. Bədənin təbii müdafiə sisteminin - immunitetinin gücləndirilməsi optimal sağlamlığın qorunmasında mühüm rol oynayır. Hamımıza məlumdur ki, pandemiyanın qarşısını almaq müalicədən daha yaxşıdır. Hazırda COVID-19 pandemiyasının müalicəsi olmasa da, belə vaxtlarda immuniteti artıran profilaktik tədbirlərin görülməsi məqsədəuyğundur. Həyat haqqında elm hesab olunan Ayurveda təbiətin bizə verdiklərini sağlam və xoşbəxt həyatı qoruyub saxlamaqla təbliğ edir. Ayurvedanın profilaktik qulluq haqqında geniş məlumat bazası gündəlik qaydalara dair "Dinaçarya" və sağlam həyatı qorumaq üçün mövsümi qaydalara dair "Rituçarya" anlayışlarından irəli gəlir. Bitkilərdən bəhs edən bir elmdir. İmmuniteti qoruyaraq və gücləndirərək hər bir insanın əldə edə biləcəyi harmoniya və özü haqqında məlumatlılığın sadəliyi Ayurveda'nın klassik yazılarında əks olunur.

Ayuş Nazirliyi xüsusən tənəffüs sisteminin sağlamlığına istinadla sağlamlığın qorunması və immun sisteminin gücləndirilməsinə dair profilaktik tədbirlər haqqında aşağıda qeyd olunmuş özünəqulluq qaydalarını tövsiyyə edir. Bu qaydalar Ayurveda ədəbiyyatı və elmi nəşrləri tərəfindən dəstəklənir.

Tövsiyə olunan tədbirlər hansılardır?

I.Ümumi tədbirlər:

1.Gün ərzində isti su için.

2.Ayuş Nazirliyinin tövsiyəsi ilə gündəlik ən azı 30 dəqiqə Yogasana, Pranayama və meditasiya ilə məşğul olun.

3.Yeməklərdə sarıkök, zirə, keşniş və sarımsaq kimi ədviyyatlar tövsiyə olunur.

II.Ayurveda tərəfindən immuniteti gücləndirən tədbirlər:

1.Səhər 10 qm Çyavanpraş qəbul edin. Diabet xəstələri şəkərsiz Çyavanpraş qəbul etməlidirlər.

2.Gündə bir və ya iki dəfə reyhan, darçın, qara istiot, quru zəncəfil və kişmişdən hazırlanmış bitki mənşəli çay dəmləməsi için. Ehtiyac olarsa, zövqünüzə uyğun təbii şəkər və ya limon suyu əlavə edin.

3.Gündə bir və ya iki dəfə qızıl süd qəbul edin – 150 ml isti südə yarım çay qaşığı sarıkök tozu əlavə edin.

III. Sadə Ayurveda üsulları:

1.Vuruna tətbiq olunan vasitə - səhər və axşam hər iki burun dəliyinə küncüt yağı, Hindistan qozu yağı və ya ərinmiş yağ tökün.

2.Yağla qarqara terapiyası - Bir qaşıq küncüt yağı və ya Hindistan qozu yağını ağzınıza alın. İçməyin, 2 - 3 dəqiqə ağzınızda qarqara edin. İlıq su ilə yuyun və tüpürün. Bu gündə bir və ya iki dəfə edilə bilər.

IV Quru öskürək/boğaz ağrısı zamanı:

1.Gündə bir dəfə təzə nanə yarpaqları və cirə toxumu ilə buxar inhalyasiyası edilə bilər.

2.Öskürək və ya boğaz qıcıqlandığı halda gündə 2-3 dəfə təbii şəkər / bal ilə mixək tozunun qarışığı qəbul edilə bilər.

3.Bu tədbirlər ümumiyyətlə adi quru öskürək və boğaz ağrısını müalicə edir. Ancaq bu simptomlar davam edərsə, həkimə müraciət etmək tövsiyə olunur.

Oxunma sayı 267
Sosial rubrikasından digər xəbərlər