Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyan açıqlanıb.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, vergi güzəştləri paketində fərqli bölmələr mövcuddur:
"Pandemiyadan zərərçəkən vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyaları üçün vergi güzəştlərinin tətbiqi fərqlidir. Elə bölmə var ki, pandemiyadan zərərçəkən sahibkarlara aiddir. Qeyri-neft sektoru üzrə pandemiyadan zərərçəkən vergi ödəyicilərinin vergi ödəmələrindəki payı 46,4 faizdir".
Nazir qeyd edib ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurub.
Bu rəqəmləri tam dəqiq hesablamağın çətin olduğunu qeyd edən M.Cabbarov əlavə edib ki, gündəlik itkilərin məbləği 120-150 milyon manatdır.