2 ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya ABŞ-dan gələn xəbərlə sarsılıb. Məlum olub ki, ABŞ alimləri laboratoriyada ölümcül koronavirus hazırlayıblar.
Hafta.az bildirir ki, 2019-cu ilin son aylarında həyatımıza daxil olan Koronavirus (Kovid-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub.
Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir.
Bir çox ölkələr daha yoluxucu, lakin daha az öldürücü olan Omicron variantından sonra qadağaları ləğv etmək qərarına gələrkən, ABŞ-dan gələn yeni virus xəbəri dünya gündəminə bomba kimi düşüb.
Britaniyanın Daily Mail qəzetində yer alan xəbərə görə, ABŞ alimləri ölümcül bir koronavirus inkişaf etdiriblər.
Boston Universitetinin laboratoriyasında inkişaf etdirilən virusa “kabus ştammı” deyilir. Çünki sözügedən ştamla yoluxmuş 10 siçandan 8-i Boston Universitetinin laboratoriyasında ölüb.
Başqa sözlə, kabus variantı olaraq bilinən ştamın ölüm nisbəti yüzdə 80-dir. Alimlər bu səviyyədə ölüm nisbəti olan bir virusun ortaya çıxmasını 'kabus ssenarisi' olaraq xarakterizə ediblər.
Tədqiqatçılar orijinal Wuhan Covid ştammına Omicron-un sünbül zülalını əlavə ediblər. Bu, virusu orijinal formasından dəfələrlə daha ölümcül edib.
Virus manipulyasiyası ilə bağlı araşdırmalar tez bir zamanda elm aləmində bir nömrəli gündəm məsələsinə çevrilib.
İsrail hökumətinin aparıcı alimlərindən olan professor Şmuel Şapira deyib: “Bu, tamamilə qadağan edilməlidir, ABŞ, odla oynayır”.