Əsrlərboyu işğalçılığa üstünlük verən və dünyanın fərqli regionlarında xalqları böyunduruq altına salmaqla “fransız mədəniyyətini” yaymağa çalışan Fransa bu gün necə olubsa, dünyaya insan hüquqlarının, azsaylı xalqların azadlıq istəklərinin müdafiəçisi olduğuna dair nağıllar sırımaqdadır. Hətta bəzən hansısa ölkədə xalq tərəfindən seçilmiş liderləri diktator adlandıran fransız siyasətçilər Afrikada qəsbkar niyyətlərini hətta silah gücünə qorumaqda qalmalarına baxmayaraq, başqa dövlətləri guya kiçik xalqların azadlığını əlindən almaqda suçlayır. Biz bunun bariz nümunəsini iki il öncə torpaqlarımızı ermənilərin işğalından xilas etmək üçün başlatdığımız hərbi əməliyyatlar zamanı da gördük. Dəfələrlə Azərbaycanın əleyhinə bəyanatlar səsləndirən, ölkəmizi hətta təhdid edən və işğalçı ermənilərlə birlik nümayiş etdirən Paris açıq-aşkar separatizmə dəstək verdi. Hətta Fransa parlamenti Qarabağ ermənilərini “dövlət olaraq tanımağa çağıran” qətnamə qəbul etməkdən belə çəkinmədi. Bəs Fransanın özü necə, azadlıdan, insan haqlarından söz açmağa layiqdir?
Heç kimə sirr deyil ki, bu ölkənin dənizaşırı vilayətlər şəklində idarə etdiyi xalqlar onillər ərzində azadlıq mücadiləsi aparsalar da, Paris onları silah gücünə ram edir. Bunlardan ən önəmlisi isə Avropanın öz daxilində yerləşən Korsika adasında uzun illərdir davam edən azadlığa çağırışların Fransa hökuməti tərəfindən boğulmasıdır.
Ən pisi isə odur ki, korsikalılar uzun illərdir adada fransız dili ilə yanaşı öz doğma dillərində danışmaq arzularını reallaşdıra bilmirlər. Parisdə anlayırlar ki, bu gün Korsika xalqı öz dilinin statusunu təmin etmiş olsa, saha muxtariyyətini, daha sonra isə azadlığını tələb edəcək. Bu səbəbdən də adada Korsika dilində danışmaq, Korsika mədəniyyətini inkişaf etdirmək və ümumiyyətlə, korsikalıların milli kimliklərini inkişaf etdirmələri hər cür üsulla yasaqlanır.
Fransanın iyrənc siyasi mühitində bərqərar olunmuş imperialist düşüncə tərzi həıtta imkan vermir ki, Korsikanın yerli qanunverici orqanında – parlamentdə yerli ana dilindən istifadə edilsin. Hansı ki, bununla bağlı Korsika Parlamenti Parisə müraciət də ünvanlamışdı. Amma sonu gözlənmilən kimi oldu – rədd cavabı verildi.
Fransa məhkəməsi Korsika parlamentində Korsika dilinin istifadə edilməsinin konstitusiyaya zidd olduğunu bildirən qərar verib. “Corse Martin” qəzeti yazır: “Məhkəmənin qərarında deyilir ki, dövlət ofisində danışıla bilən yeganə dil fransız dili olaraq qalır. Qətnamədə “Korsika xalqının varlığını” faktiki olaraq təsbit edən yerli qaydaların da konstitusiyaya zidd olduğu bildirilib”.
350 min əhalisi olan adada ciddi reaksiya doğuran qərar, Fransa mərkəzi hökumətinin adadakı ən yüksək nümayəndəsi - Korsika valisi tərəfindən yurisdiksiya mövzusu edilib.
Korsika dilini qadağan etmək qərarı Fransa Prezidenti Emmanuel Makronun yerli siyasətçilərlə daha çox muxtariyyət üçün danışıqlar apardığı bir vaxtda verilib.
Korsika Parlamentinin sədri Mari-Antoinette Maupertuis və İdarə Heyətinin sədri Gilles Simeoni tərəfindən verilən ortaq bəyanatda, "Qərar korsikalı deputatları danışıqlar zamanı ana dillərində danışmaq hüququndan məhrum edir. Bu tendensiyanın qəbul edilməsi bizim üçün ağlasığmazdır" deyilir.
Bəyanatda həmçinin bildirilir ki, Korsika dilinin yaşaya bilməsi və inkişafı üçün ona fransız dili ilə yanaşı rəsmi dil statusu da verilməlidir.
Müstəqillik tərəfdarı olan Fronte Partiyası məsələ ilə bağlı verdiyi açıqlamada qərarı "utancverici" adlandırıb. Korsika Millət Partiyasının lideri Jean-Kristofer Angelini isə qərarın onlar üçün "alçaldılma" olduğunu ifadə edərək, "haqsızlıq və rüsvayçılıq" ifadələrini işlədib.
Xatırladaq ki, italyan dilinə bənzəyən və dünyada 150 min insanın danışdığı Korsika dili UNESCO tərəfindən yox olmaq təhlükəsi ilə üzləşən dillər siyahısındadır.
Millətçi hərəkatların yerli siyasətə hakim olduğu Korsikada daha çox muxtariyyət və hətta tam müstəqillik tələbləri Fransanın mərkəzi hökuməti ilə problemli münasibətə gətirib çıxarıb. Ötən ay Makron Korsikanın hüquqi statusunda islahatlarla bağlı heç bir tabunun olmadığını desə də, Korsika adasının Fransanın bir hissəsi olaraq qalacağını vurğulamışdı.
Parislə Korsika liderləri arasında yekun danışıqlar yalnız 1998-ci ildə öldürülən Korsika qubernatoru Klod Erinyakın qətlində əli olan iki nəfərin şərti azadlığa buraxılmasından sonra mümkün olub.
Fransanın ən kasıb bölgəsi olan Korsika adası dil və mədəniyyəti ilə materikdən fərqlənir və coğrafi baxımdan İtaliyaya daha yaxındır. Fransanın 18 bölgəsindən biri olan Korsika adası 2018-ci ildən məhdud muxtariyyət təmin edən “xüsusi ərazi bütövlüyü” statusu ilə idarə olunur.
Ötən il Klaude Erignakın qətlinə, əslində isə müstəqillik tərəfdarı olduğuna görə ömürlük həbs cəzasına məhkum edilən Kolonnanın həbsxanada hücuma məruz qalması və komaya düşməsi adada gərginliyi artırıb və şiddətə səbəb olub.
Bu arada, həbsdə olan müstəqillik tərəfdarı İvan Kolonnaya həbsxanada edilən hücuma görə məsuliyyətin birbaşa Fransa dövlətinin üzərində olduğunu da vurğulamaqla, DİN başçısı özünü guya milli azlıqlara qarşı çox humanist davranan, demokratik olduğunu göstərən biri kimi göstərməyə çalışıb. Hətta o, bu imici qazanmaq üçün təmsil etdiyi Makron hökumətini məsuliyyətin altına itələməyə səy göstərib. Deməli, DİN rəhbərinin gələcək siyasi iddiaları var və bunu yaxın illərdə hamı görəcək.
Özü də çox qəribədir ki, məhkəmənin məlum qərarından bir müddət öncə Fransanın daxili işlər naziri Gerald Darmanin Korsika adasına muxtariyyət verə biləcəklərini açıqlamışdı. O, “Corse Matin” qəzetinə demişdi ki, hakimiyyətlə “muxtariyyət” mövzusunda “görünməmiş dialoq”a başlayacaq. Amma belə bir ifadə də işlətmişdi ki, amma muxtariyyətin nə olduğunu bilmək lazımdır. Yəni korsikalılar özlərini hansı həddə qədər azad hiss edəcəklərini müəyyən etməlidirlər.
O dövrdə “Conse Martin” qəzetinin keçirdiyi sorğu nəticəsində məlum olub ki, Korsika sakinlərinin 71 faizi və korsikalı fransızlar muxtariyyətə "hə" deyir, 32 faizi isə hətta tam müstəqilliyi dəstəkləyir.
Qeyd edək ki, Fransada əhalinin 53 faizi Korsikanın muxtariyyətinə “hə” deyib. Mütəxəssislərin diqqət çəkdiyi məqamlardan biri də 1989-cu ildə 18 faiz olan bu nisbətin təxminən üç dəfə artmasıdır.
Əslində, Korsika əhalisi heç vaxt Fransa ilə mehriban və səmimiyyətə əsaslanan birlik içində olmayıb. Bu səbəbdən də 61 yaşlı Kolonnanın həbsxanada qətlə yetirilməsi onların küçəyə tökülməsi üçün sadəcə bəhanə sayılmalıdır. Təsəvvür edin, 350 min nəfər əhalisi olan adanın inzibati mərkəzi Ayaçço şəhərində 14 minlik etiraz nümayişinin təşkil olunması Korsikanın timsalında Fransaya qarşı çox böyük üsyandır. Həm də üsyanın şüarı çox kəskin olub və Fransanın əsl qiymətini verib. Belə ki, insanlar “Qatil Fransa dövləti” şüarları səsləndirərək öz azadlıqlarını tələb ediblər.
Qısası, ataların bir deyimi var: Öz gözündə tir görməyən, başqasının gözündə tük axtarar. Türk millətinin qatı düşməni olan fransızlar tarixin bütün dövrlərində başqa xalqlara qarşı müstəmləkə siyasəti yürüdüb, zəif xalqları qan içində boğaraq özünə tabe edib. Bunun davamıdır ki, günümüzdə də fransızların başqalarının qan və göz yaşları içində yaradılan dövləti xristian həmrəyliyi nümayiş etdirərək müsəlman Azərbaycanına qarşı “səlib yürüşü” nümayiş etdirir. Ərazisi 8,7 min kvadratkilometr, əhalisinin sayı 350 min nəfər olan, Fransadan milli-etnik xüsusiyyətlərinə görə tamamilə fərqlənən Korsikanın azadlığını təhdid edib, azadlıqsevərlərini qətlə yetirən Fransa, 44 günlük müharibədən sonra ərazi və əhalisinə görə Korsikadan üç dəfə kiçik, özü də tarixi azərbaycan torpaqlarında çar Rusiyası tərəfindən yaradılan Qarabağın dağlıq hissəsində bir bölgənin “erməni dövləti” olaraq tanınmasına cəhd edir.
Heç bir ədalətə, mənəvi dəyərlərə və milli əxlaqa sığmayan ikiüzlü fransız riyakarlığı bax buna deyərlər. Amma ümid edirik ki, Korsika xalqı öz azadlığını qəddar və qaniçən, insanlığın düşməni olan Fransadan gec-tez alacaq. Fransızların Azərbaycan torpaqlarında qondarma erməni dövləti qurmaq xəyalları da elə xəyal olaraq qalacaq. Fransada hər kəs anlamalıdır ki, damarlarından türk qanı axan Azərbaycan xalqı afrikalı və ya ərəb deyil ki, onları öldürərək kəllə sümüklərini Paris muzeylərində sərgiləyərək insan qanına susamış fransız xalqını sevindirsinlər. Paris zamanın türk zamanı olduğunu anlamalıdır.