Krım körpüsündə güclü yanğın - VİDEO 

09:21 08.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Krım körpüsündə yanğın başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Krım başçısının məsləhətçisi Oleq Krüçkov teleqramda bildirib.

"İlkin məlumata görə, yanacaqla dolu sistern yanır. Yanğının söndürülməsi istiqamətində işlər aparılır", - deyə o yazıb.

Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti dayandırılıb.