Yazını böyüt
Yazını kiçilt
De-fakto Krım administrasiyasının rəhbəri, yarımadanın Rusiya qoşunları tərəfindən ilhaqından sonra Moskvadan təyin edilmiş Sergey Aksyonov videomüraciətində ictimai tədbirlərə gedən, Ukrayna himnini oxuyan krımlıları cinayət cəzası ilə hədələyib. Bildirib ki, olnlar " millətçi şüarlar səsləndirirlər”.
Hafta.az bildirir ki, onun sözlərinə görə, son vaxtlar internetdə belə videolar görünməyə başlayıb.
"İctimai tədbirlərdə millətçi şüarlar səsləndirilir, himnlər oxunur, xüsusən də xüsusi hərbi əməliyyat zamanı. Bu, cinayət qanunu ilə cəzalandırılacaq - həm təşkilatçılar, həm də iştirakçılar", - Aksyonov bildirib.
Onun sözlərinə görə, bu cür hərəkətlərə görə Krımda işinizi və ya bizneslə məşğul olmaq hüququnuzu itirə bilərsiniz.