Krımlı senatordan səfərbərliklə bağlı təklif - "Xəstəliklər azaldılsın"

18:24 22.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Krım senatoru Olqa Kovitidi çağırışdan möhlət üçün əsas kimi bir sıra xəstəlikləri istisna etməklə, hərbi xidmət üçün uyğunluq meyarlarının yenilənməsini təklif edib.

"Hərbi xidmətə yararlılıq meyarlarını yeniləmək, çağırışçının xidmətə yararsız elan edildiyi xəstəliklərin sayını azaltmaq lazımdır" - hafta.az bildirir ki, deputat RİA Novosti-yə açıqlamasında bildirib.

“Bir sıra xəstəlikləri hərbi xidmətə çağırışa mane olmayan kimi tanımaq olar. İndi Rusiyaya təkcə könüllü peşəkar ordu deyil, həm də xidmətə yararlı gənclərin ehtiyatının artırılması lazımdır”, - Kovitidi bildirib.

Oxunma sayı 1731