Kriştiano Ronaldo azan oxunanda məşqi dayandırıb

09:15 04.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Əl Nassr"ın keçmiş qapıçısı Valid Abdullah portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun İslama maraq göstərdiyini açıqlayıb. Abdullah Ronaldonun namazın rükətlərini öyrənməyə başladığını və müsəlmanlarla bağlı məsələlərlə dərindən maraqlandığını bildirib.

Hafta.az-ın yazdığına görə, “SaudiaTV”yə danışan 38 yaşlı Abdullah “Al Nassr”ın məşqi zamanı baş verən hadisədən də danışıb. Abdullahın dediyinə görə, Ronaldo azan səslənərkən məşqi dayandırmaq istəyib və komanda yoldaşlarını namaza çağırıb. Bu davranışı ona komanda daxilində böyük hörmət qazandırıb.

Valid Abdullanın "Kriştiano Ronaldo müsəlman olacaqmı?" sualını qaldırdı. Ronaldonun İslam dininə olan marağı, dini məsələlərə həssaslığı, xüsusilə azan səsinə həssaslıqla yanaşması pərəstişkarlarının diqqətini çəkib.