Kriştiano Ronaldo yatanda da PUL QAZANIR

09:10 17.01.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Əl-Nassr”la yeni bir illik müqavilə imzalamağa hazırlaşan Kriştianu Ronaldonun qazancı gündəmə gəlib. Ulduz futbolçunun yeni müqaviləsi futboldan və digər fəaliyyətlərdən əldə edəcəyi gəlirlə diqqət çəkir.

Hafta.az-ın “Sky Sport”a istinadən yazdığına görə, Ronaldo futbol fəaliyyətindən ildə 148 milyon funt-sterlinq qazanacaq. Bundan əlavə, sponsorluq və digər müqavilələrdən 49 milyon funt-sterlinq gəlir götürəcək. Bu, hər il cəmi 197 milyon funt-sterlinq təşkil edir.

Yeni müqavilə detallarına görə, portuqaliyalı ulduzun həftəlik qazancı 3,8 milyon funt-sterlinq, gündəlik qazancı isə 543 min funt sterlinq olaraq hesablanıb. Ona görə də zarafatla “Ronaldo yuxuda da gəlir əldə edir” deyirlər.