KTMT ciddi təşkilat deyil - Açıqlama

16:41 09.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Rusiya bölgədə möhkəm yerləşməyə başlayıb ki, bu da Azərbaycanın mövqelərinə uyğun deyil.

Bu fikirləri hafta.az-a politoloq Qabil Hüseynli bildirib.

 Onun sözlərinə görə, KTMT ciddi bir təşkilat deyil və təbii ki, bu prosesə qarşı addımlarımızı atmalıyıq.

KTMT baş katibi Zasın ali təhsilini Azərbaycanda başa vurduğunu deyən Q.Hüseynli Belarus generalının Ermənistan səfərini birmənalı qarşılamayıb. Onun sözlərinə görə, artıq Zasdan əvvəl bölgəyə rus qoşunlarının yerləşdirilməsinə başlanıb və bu, region üçün yaxşı nələrsə vəd etmir.

“Rus qoşunları Qazax rayonunun 7 kəndində, Göyçə mahalının Azərbaycanla sərhəddə olan bir neçə mahalında görünməyə başlayıb.  Yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı    Rusiyanın sərəncamında olan  digər dövlətlərin təsir qüvvəsi olmayan bir təşkiatdır. Görünür ki, Rusiya regionda möhkəm yerləşmək istəyir.  Bu sözün əsl mənasında Azərbaycanın maraqarına uyğun deyil.  Sərhədlər delimitasiya, demorkasiya mərhələsinə keçmədən qoşunların yerləşdirilməsi, sərhədlərin həmin proseduraya uyğun müəyyənləşməsinə əngəllər yaradacaq. Bir qədər əvvəl Rusiyanın sərhəd qoşunları tək Gümrüdə idisə, indi Zəngəzurda, Qarabağda da var. Bunun qarşısını almaq üçün Türkiyə ilə məsləhətləşməliyik. Türkiyə bu məsələlərə müdaxilə etməlidir. Hər halda Türkiyə Təhlükəsizlik Şurasının iclasında Ermənistanın sərhəddə törətdiyi təxribatlar müzakirə edildi və bu barədə Ermənistana xəbərdarlıq edildi. Yəqin ki, Türkiyə bu məsələyə səsiz qalmayacaq”.

Politoloq bildirib ki, KTMT-də olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarus özü də Azərbaycanın mövqelərini müdafiə edir. 

“Amma KTMT elə bir ciddi təşkilat deyil. Bu, Rusiyanın Ermənistanı müdafiə etmək üçün düzəltdiyi oyunlardan biriridir. Yəqin ki, bu istiqamətdə nələrsə etməyə məcbur olacağıq”.