”Kubinka"da narkotik satan 8 nəfər tutulub - VİDEO

13:31 25.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (”Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.