Küçədən kişi meyiti tapıldı

22:23 07.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə küçədən meyit tapılıb.

Hafta.az xəbər verir ki, meyit şəhərin Atatürk prospektində yerləşən binaların birinin qarşısında aşkarlanıb. Belə ki, 1961-ci il təvəllüdlü Arzu Hüseynovun meyti binanın yaxınlığından tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

 

İlkin məlumata görə A.Hüseynov ürək tutmasından dünyasını dəyişib.