Kür çayında batan şəxsin axtarışları davam edir

18:46 08.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
67 yaşlı şəxsin axtarışları davam edir.
 
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində 4 mart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.
 
Belə ki, gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib. 
 
Əlavə məlumat veriləcək.