Kuryerlər mühəndislərdən çox qazanır

10:18 12.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev mühəndislərin və kuryerlərin maaşlarında yaranmış balanssızlığı düzəltməyə çağırıb.

Hafta.az-ın yazdığına görə, mühəndis maaşının kuryer maaşından aşağı olmasının qəbuledilməz olduğunu bildirən Medvedev bazarın xidmət sektorunda çalışan insanlara daha çox ehtiyac duyduğunu, lakin buna baxmayaraq maaşlardakı bu balanssızlığın normal olmadığını bildirib.

Rəqəmsal sahənin əhəmiyyətinə baxmayaraq, real istehsalın həyatdan silinmədiyini vurğulayan Medvedev, “Əgər real sektordan bu sektora geniş miqyasda insan axını olarsa, bu bir gün bizim üçün ciddi problemlər yarada bilər. Yeri gəlmişkən, biz indi bunu xüsusi hərbi əməliyyat zamanı həll etməliyik” deyib.

Gorodrabot.ru portalının məlumatına görə, Rusiyada kuryerin orta aylıq əməkhaqqı 74800 rubl (1460 manat), mühəndislərin orta əməkhaqqı isə 60 min rubl (1175 manat) təşkil edir.