Küveytdə qəbiristanlıqlarda əl sıxıb görüsmək qadağan edildi

10:10 30.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveytin eyni adlı paytaxtı Küveyt şəhərinin bələdiyyəsi dəfn mərasimlərində əl sıxmağı qadağan etməyi planlaşdırır.

Hafta.az-ın “Əl-Cəridə”yə istinadən yazdığına görə, qadağaya səbəb olaraq yoluxucu xəstəliklər kimi sağlamlıq problemləri göstərilir.

Bildirilib ki, Küveyt Səhiyyə Nazirliyi məsələ ilə bağlı bələdiyyəyə sorğu göndərib və qəbiristanlıqlarda keçirilən dəfn mərasimlərinə qatılanlardan əl sıxmaq əvəzinə bir-birlərini gözlərlə salamlamalarını istəyib.

Küveyt Bələdiyyəsinin baş direktoru Səud əl-Dabud, mövzu ilə bağlı verdiyi açıqlamada, "Səhiyyə Nazirliyinin tövsiyəsi ilə başsağlığı salonlarında əl sıxmağın qadağan ediləcəyi bir sirkulyar yayımlanacaq" deyib.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən verilən açıqlamada epidemik xəstəliklərin yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması üçün tövsiyələrin verildiyi vurğulanıb. Nazirliyin sözçüsü Dr. Abdullah əl-Sənad əl sıxmaq əvəzinə gözlərlə salamlaşmağın gündəlik həyat üçün daha sağlam olduğuna diqqət çəkib, lakin ölkədəki mövcud sağlamlıq vəziyyətində heç bir problem olmadığını da sözlərinə əlavə edib.

Xalq sağlamlığı üzrə mütəxəssis Dr. Əhməd Oytebi mövzu ilə bağlı qiymətləndirməsində, "Hazırda yeni bir xəstəlik və ya yoluxma halı yoxdur. Səhiyyə Nazirliyinin xəbərdarlığı yalnız profilaktik tədbirlərin həyata keçirilməsi ilə bağlıdır" deyib.