Laçın dəhlizi məsələsinə yenidən baxılması aktuallaşır - Açıqlama

13:38 11.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlıları Qarabağda öz missiyalarından kənara çıxan davranış nümayiş etdirirlər və son zamanlarda baş verənlər onların öz funksiyalarına uyğun fəaliyyət göstərmədiyini göstərir.

Bu fikirləri hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib:

“Ermənistandan Qarabağa humanitar yardım adı ilə müxtəlif yüklər, silahlar göndərilib. Azərbaycanın razılığı olmadan erməni siyasiləri Qarabağa gedib gəlirlər. Rusiya sülhməramlıların fəaliyyəti ona yönəlib ki, erməni separatizmini yenidən körükləsin. Bu da təbii ki, Azərbaycan cəmiyyətində narazılığa səbəb olub. Əgər sülhməramlı qüvvələr fəaliyyətlərini bu cür davam etdirəcəksə, onların Qarabağda qalmasına nə ehtiyac var. Eyni zamanda sülhməramlılar Laçın dəhlizindən öz funksiyasına aid olmayan məqsədlə istifadə edirlər. Bütün bunlar həm sülhməramlıların fəaliyyətinə, həm də Laçın dəhlizi məsələsinə yenidən baxılmasını aktuallaşır”.

Siyasət rubrikasından digər xəbərlər