Laçında kəllə sümüyü AŞKAR EDİLDİ

13:38 26.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçında insan sümükləri tapılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.