Latviya parlamenti paytaxt Riqadakı Moskva evinin dövlət mülkiyyətinə verilməsi haqqında qanunu qəbul edib.
Hafta.az-ın “RİA Novosti”yə istinadən yazdığına örə, qanunla bağlı verilən açıqlamada qeyd olunub ki, tənzimləmənin məqsədi dövlətin təhlükəsizliyinə təminat vermək, o cümlədən demokratik dövlət quruluşuna təhlükəyə yol verməmək və mümkün təhlükənin vaxtında qarşısını almaqdır. .
Qanunda qeyd olunur ki, “Moskva Evi”nin yerləşdiyi torpaq sahəsinin sahibi Nəqliyyat Nazirliyinə tabe olan dövlət qurumu olduğundan, əmlak müvafiq nazirliyin, binanın özü isə Moskva Şəhər Aktivlər Departamentinin mülkiyyətidir.
“Moskva Evi”ndə əmlakı olan şəxsləri bir həftə ərzində torpaqdan çıxarmağa məcbur edən qanuna görə, əks halda bu əmlaklar da dövlətin ixtiyarına veriləcək.
Fövqəladə vəziyyət statusu verilən qanun parlamentdə üç deyil, iki iclasda qəbul edilib və prezidentin təsdiqindən azad edilib.
Dekabrın 21-də Latviya təhlükəsizlik qüvvələrinin əməkdaşları paytaxtdakı Rusiya mədəniyyət və biznes mərkəzinin binasına basqın edərək əməkdaşları dindirib, rabitə vasitələrini ələ keçirib və əmlakın girişində mühafizə məntəqəsi qurublar.
Rusiyanın Latviyadakı səfirliyi Riqadakı “Moskva Evi” mədəniyyət və biznes mərkəzinin dövlət mülkiyyətinə verilməsini özbaşınalıq və soyğunçuluq kimi qiymətləndirib.
“Biz Latviya parlamentinin bu qərarını hüquqi özbaşınalıq və əslində beynəlxalq hüququn digər ölkələrin mülkiyyətinin toxunulmazlığına zəmanət verən fundamental prinsiplərini kobud şəkildə pozan dövlət quldurluğu aktı kimi qiymətləndiririk”, - səfirliyin bəyanatında deyilir.