“Laylı hava hücumundan müdafiə sistemini bu il tamamlayacağıq” – ASELSAN-ın baş direktoru

09:29 25.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Məhsul ixrac etdiyimiz ölkələrin sayını 86-ya çatdırdıq. ASELSAN-ın bu il yeni ixrac müqavilələri baxımından 1 milyard dollar yaxınlaşma hədəfi var".

Hafta.az-ın yazdığına görə, bu haqda ASELSAN-ın baş direktoru Ahmət Akyol deyib.

Turkcell-in təşkilatçılığı ilə keçirilən Anadolu Agentliyinin Texnologiya Masasının qonağı olan ASELSAN-ın baş direktoru, şirkətin inkişaf etdirdiyi məhsul və investisiyalar haqqında açıqlamalar verib.

ASELSAN olaraq dənizin dərinliklərindən kosmosun ənginliklərinədək bütün sahələrdə hər cür platform üçün kritik sistemlər hazırladıqlarını bildirən Akyol, “Bir tərəfdən sivil dünyaya da xidmət etməyə çalışırıq. 2023-2024-cü ilə millətimizin səbirsizliklə gözlədiyi mühüm layihələrdə yaxşı irəliləyişlər əldə edərək girdik” deyib.

Kanadanın İHA kameralarına tətbiq etdiyi embarqoları xatırladan Akyol, "O dövrdə Müdafiə Sənayesi Başkanlığımızın liderliyi ilə bir inkişaf layihəsinə başladıq. İlk olaraq embarqonu aradan qaldıracaq kamera hazırlamaq üçün yola çıxdıq, üstəlik, dünyada bu sahədə ən yaxşı kameranı istehsal etmək üçün bu nöqtədə İHA kameramız ASELFLİR- 500-ü tamamladıq və indi Silahlı Qüvvələrimiz tərəfindən istifadə olunur" deyə xatırladıb.

ASELFLİR-500-ün rəqiblərindən 30 faiz daha yaxşı performans göstərdiyinə diqqət çəkən Akyol, kameranın lazer markalamada əldə etdiyi uğurun idarəolunan döyüş sursatlarının daha dəqiq vurma qabiliyyəti qazanmasına imkan verdiyini vurğulayıb.

Hava hücumundan müdafiədə alçaq, orta və yüksək hündürlük kimi laylı bir arxitekturanın olduğunu bildirən Akyol, Türkiyənin indi qoyduğu sərmayələrlə başdan-başa laylı hava müdafiəsini tamamlama nöqtəsinə çatdığını vurğulayıb.

ASELSAN-ın alçaq hündürlükdə “Korkut” sisteminə sahib olduğunu bildirən Akyol sözlərini belə davam etdirib: “Bu, əvvəlcə pilotsuz təyyarələri, qanadlı raketləri və bunabənzər təhdidləri hissəcikli sursatlarla təsbit etməyə, sonra onları bloklamağa əsaslanan bir texnologiyadır. Bu, inventarımıza saldığımız və kütləvi istehsalına davam etdiyimiz bir sistemdir. Daha sonrakı uğurumuz olan Hisar-A-nın sayəsində havadan müdafiədə raketlərin hündürlüyü bir az da artdı. “Roketsan”la yaxşı əməkdaşlığımız var. Bizi raketlərlə təmin edirlər, bütün sistemi bir araya gətirib tamamladıq”.

Akyol qeyd edib ki, onlar artıq orta diapazonlu “Hisar-O”nu da inventara veriblər. “Deyə bilərəm ki, bu da inventarlara əlavə olunub və kütləvi istehsal davam edir. İndi uzun mənzilli hava hücumundan müdafiə sistemimiz olan SİPER-I Türkiyə Silahlı Qüvvələrimizin inventarına əlavə edirik. Beləliklə, laylı hava hücumundan müdafiəni çox alçaq hündürlükdən yüksək hündürlüyə qədər 2024-cü ildə tamamlayacağıq”, - o bildirib.

 

Siyasət rubrikasından digər xəbərlər