Lənkəranda intihara cəhdin qarşısı alınıb

21:21 17.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran rayonunun Sütəmurdov kəndində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən hafta.az-a bildirilib ki, FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxunma sayı 114