Lənkəranda meşəlik ərazdə baş verən yanğın məhdudlaşdırılıb

11:53 04.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb.


Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.


Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılb.


Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxunma sayı 465