Yazını böyüt
Yazını kiçilt
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
"VAZ-2109", "CHEVROLET CRUZ" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"da olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.




