Lənkərandakı zəlzələ Qarabağ və Zəngəzuru da silkələdi

13:52 26.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 11 radələrində Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.

 

Hafta.az bildirir ki, zəlzələ Azərbaycanın Zəngəzur və Qarabağ bölgəsini də silkələyib.

 

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, Zəngəzurda 2-3, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağda isə 3 bal gücündə zəlzələ olub.

 

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.