Lerikdə 3,5 bal gücündə zəlzələ olub

22:54 16.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 16-da Lənkaran stansiyasından 11 km qərbdə Lerik rayonunda maqnitudası 3,5 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:51-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.