Liftdə qalan 7 nəfər xilas edildi-

12:38 22.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Hafta.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.