Lisey və gimnaziya seçimi başa çatır

16:07 05.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 5-də mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, lisey və gimnaziya seçim prosesi başa çatır.

 

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, proses 17:00-dək aktiv olacaq.

 

Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək.

 

Qeyd edilmiş tarixdən sonra seçim etmək mümkün olmayacaq.

 

Nəticələr iyulun 9-da şəxsi kabinetlərə göndəriləcək.