Litva belarusların ölkəyə girişinə qadağa qoya bilər

19:09 19.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Litva hakimiyyəti turist Şengen vizası olan Belarus vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını nəzərdən keçirir.

Hafta.az Kauno-ya istinadla xəbər verir ki, bunu Litvanın daxili işlər naziri Aqne Bilotaite deyib.

“Bu məsələ nəzərdən keçirilir, müzakirələr gedir və görünür, bu və ya digər vaxt hansısa qərar veriləcək.Mən çox aydın görürəm ki, Belarus hərbi əməliyyatlarda iştirak edir, Litvaya qarşı qanunsuz miqrantlarla hibrid hücum həyata keçirir”, - Litva Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, məqsəd “regional və hətta Avropa səviyyəsində” razılığa gəlməkdir.

"Mənim şəxsi mövqeyim əsasdır, lakin başa düşdüyünüz kimi, regional konsensus tapmaq və sonra bu tədbirləri görmək lazımdır ki, onlar effektiv və səmərəli olsun", - Bilotite bildirib.