“Liverpul”un futbolçusu iki həftə yaşıl meydanlardan uzaq qalacaq

20:38 11.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin "Liverpul" komandasının futbolçusu Trent Aleksander-Arnold sıradan çıxıb.

Müdafiəçi Premyer Liqanın XI turunda “Aston Villa” ilə keçirilmiş oyunda (2:0) zədələnib. Diz nahiyəsindən xəsarət alan oyunçu təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

İngiltərə millisinin üzvü dekabrın 1-də “Mançester Siti” ilə keçiriləcək oyuna kimi hazır olacaq.