Liviyalı diplomat Zəngilanda dağılmış məsciddə namaz qıldı

19:23 06.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanda ölkəmizə həmrəylik nümayiş etdirib.

Hafta.az xəbər verir ki, səfir Zəngilanın Ermənistan tərəfindən dağıdılmış məscidində namaz qılıb.

O daha sonra qeyd edib:

 "Həmd olsun ki, bu torpaqlar öz sahibinə qayıtdı və biz burada namaz qıla bildik".

Qeyd edək ki, səfir xarici ölkə diplomatlarının Cəbrayıl və Zəngilana səfəri çərçivəsində həmin bölgələrdə olub.