Los-Ancelesdə bir meydana Məhsa Əmininin adı verildi

09:33 14.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Los-Anceles Şəhər Şurası təxminən şəhər meydanlarından birində 1 il əvvəl İranda əxlaq polisinin nəzarətində ölən Məhsa Əmininin xatirəsini əbədiləşdirmək qərarına gəlib.

Hafta.az-ın yazdığına görə, əhalisinin sayına görə ABŞ-ın ikinci böyük şəhəri olan Los Anceles ölkədəki 400 min İran əsilli əhalinin təxminən 138 mininə ev sahibliyi edir.

Şəhər Şurasının səsvermə protokoluna əsasən, İran bizneslərinin yerləşdiyi ərazidə yerləşən Vestvud Bulvarı ilə Roçester Bulvarının kəsişməsi bundan sonar Əmininin xatirəsinə “Qadınlar, Həyat, Azadlıq Meydanı” adlandırılacaq.

Aminin ölümündən sonra aylarla davam edən hökumət əleyhinə etirazlar son illər İran hakimiyyətinə qarşı keçirilən ən böyük müxalifət nümayişinə çevrilib.