Maduro Qayana ilə mübahisəsini sülh yolu ilə həll edəcək

15:15 12.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Venesuela Qayana ilə ərazi mübahisəsini sülh və diplomatik yolla həll etməyə çalışacaq. Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi Venesuela de Televisión telekanalının “Maduro Plus ilə” müəllif proqramında belə deyib. O, dekabrın 14-də Karib dənizindəki Sent Vinsent və Qrenadin adalarında keçiriləcək Qayana Prezidenti Məhəmməd İrfaan Əli ilə danışıqların təşkili təşəbbüsünü yüksək qiymətləndirib.

“Mən Qayana Prezidenti ilə üzbəüz görüşün çağırılmasını Latın Amerikası və Karib hövzəsi üçün böyük nailiyyət hesab edirəm. Biz həmişə bu barədə danışmışıq, böyük arzu və Venesuela xalqının səsi ilə bu yolla irəliləyirik”, - prezident bildirib. O vurğulayıb ki, Venesuela “Qayana hökuməti və Exxon Mobilin qeyri-qanuni qərarları nəticəsində yaranmış münaqişənin sülh yolu ilə diplomatik həllini axtaracaq və davam etdirəcək”.