Mağazadan pul oğurlamaqda şübhəli bilinən şəxs tutuldu

15:30 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda və Mingəçevirdə oğurluqla məşğul olan şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hafta.az-a bildiriblər ki, mayın 30-da Binəqədi rayonu ərazisindəki mağazaların birindən 800 manat və 150 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini N.Məmmədov rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə mayın 16-da şəhər bazarında A.Rüstəmovanın çantasından içərisində 270 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini M.Mehdiyeva tutulub.

Faktlarla bağlı təhqiqat aparılır.

Oxunma sayı 1583