Mağazalardan oğurluq edən qardaşlar saxlanılıb

19:48 31.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.