Magistraturaya imtahanının II cəhdinin vaxtı bilindi

13:52 15.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının II cəhdinin vaxtını elan edib.

DİM-dən hafta.az-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul olunmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu (II cəhd) 28 mart – 8 aprel aralığında aparılacaq.

Magistratura səviyyəsinə qəbul imtahanı (II cəhd) isə 28 aprel tarixində keçirləcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının I cəhdi 11 fevral 2024-cü il tarixində keçirilib, cavablar 13 fevralda açıqlanıb.