Magistraturaya sənəd qəbulu başa çatdı

11:07 18.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Magistraturaya sənəd qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) hafta.az-a verilən məlumata görə, ümumilikdə 21103 nəfər ərizəsini təsdiq edib. Onlardan 19372-si Azərbaycan, 1731-i isə rus bölməsi üzrədir.

 

Rəsmi məlumata görə, 14839 nəfər 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 13760-ı Azərbaycan, 1079-u isə rus bölməsində təhsil almış bakalavrlardır.

Oxunma sayı 32