Makron arvadının qardaşı qızına hücumu pisləyib

12:15 18.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransa prezidenti Emmanuel Makron dünən pensiya sistemində islahatlara qarşı etiraz aksiyası zamanı arvadı Bricitin qardaşı qızına hücumu pisləyib və bunu "qəbuledilməz" adlandırıb.

Hafta.az-ın yazdığına görə, Avropa Şurası sammiti üçün Reykyavikə gələrkən açıqlama verən Makron, “Belə hərəkətlər qəbuledilməzdir. Demokratik ölkələrdə zorakılığa yer yoxdur. Hər hansı zorakılığa haqq qazandırmaq olmaz” deyib.

Bu arada, qardaşı qızına hücum edənlərin "qorxaqlığı, cəhaləti və zorakılığından" narazılığını bildirən prezidentin həyat yoldaşı Bricit, "Ailəmlə tam birliyəm. Mən dəfələrlə bu zorakılığı pisləmişəm, bundan sonra daha da sərt olacağam” deyib.

Bricitin 30 yaşlı qardaşı qızı Jan-Batist Trogneux ölkənin şimalındakı Amayens şəhərinin mərkəzində pensiya sistemində islahatlara etiraz edən hökumət əleyhinə etirazçılar tərəfindən hücuma məruz qalıb. AFP-yə danışan atası Jan-Alexandre Trogneux, qızını, Makronu, həyat yoldaşını və ailələrini təhqir edən təcavüzkarlar tərəfindən başından, qollarından və ayaqlarından vurulduğunu bildirib. Qonşuların müdaxiləsindən sonra hücum edənlərin hadisə yerindən qaçdığı deyilir.

Polisdəki mənbə hadisə ilə bağlantılı ola biləcəyi düşünülən 8 nəfərin saxlanıldığını bildirib.