Makron iqtisadiyyatı səfərbər etməyə çağırıb

21:08 09.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişə fonunda müdafiə sənayesi və iqtisadiyyatı səfərbər etməyə çağırıb, RİA Novosti xəbər verir.

Onun sözlərinə görə, Fransa yeni şəraitə və müharibə iqtisadiyyatının mövqeyinə uyğunlaşmalıdır. Siyasətçi vurğulayıb ki, Ukraynada baş verənlər hamını narahat edir.

"Bizə real iqtisadi və sənaye səfərbərliyi lazımdır" deyib Fransa lideri.
Fransa rəhbəri həmçinin Ukrayna infrastrukturu kimi dağıdılmaması üçün ölkənin infrastrukturunu qorumağa çağırıb.