Makron İran Prezidenti ilə telefonla danışıb

22:19 23.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran Prezidenti Seyid İbrahim Rəisi və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Hafta.az xəbər verir ki, danışıq 2 saat davam edib.

Prezidentlər ikitərəfli əməkdaşlığın gücləndirilməsi, regional və beynəlxalq məsələlər, o cümlədən ərzaq və enerji təhlükəsizliyini müzakirə ediblər.

Makron İranın regional siyasi proseslərdəki rolunu vurğulayıb.

Fransa prezidenti həmçinin nüvə danışıqlarının yekunlaşmasında ölkəsinin rolunun davam etdiriləcəyini vurğulayıb.