Makron Zelenskinin xahişini çatdırıb

10:03 25.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinə dünən axşam zəng edib.

Hafta.az TASS-a istinadən xəbər verir ki, Makron telefon zəngini Ukrayna Prezidenti Vladimir Zelenskinin xahişi ilə etdiyini və Putinə Ukrayna tərəfinin danışılqlara başlamaq barədə təklifini çatdırdığını qeyd edib.

“Prezident Putinlə Vladimir Zelenskinin xahişi ilə açıq, birbaşa danışığım oldu. Ondan hərbi əməliyatların tezliklə başa çatdırımasını və onunla əlaqə qura bilməyə çalışan Zelenski ilə danışmasını xahiş etdim”, - deyə Makron bildirib.